Kirayə evlərin bahalaşmasının səbəbi nədir? - İQTİSADÇI EKSPERT RƏY BİLDİRDİ

Kirayə evlərin bahalaşmasının səbəbi nədir? - İQTİSADÇI EKSPERT RƏY BİLDİRDİ

"Mənzil kirayələrinin artması əsasən yeni tədris ilinin başlanması ilə əlaqədardır. Amma hal-hazırkı vəziyyət düşünürəm ki, dediyimiz məsələdən daha çox infilyasiya ilə əlaqədardır". Bu sözləri SİA-ya açıqlmasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, əvvələr şəhərimizdə tikilən mənzillərin 1kv/m-nə uyğun olaraq mütənasib hesablanırdı. Misal üçün əvvələr Əhmədli qəsəbəsində və yaxud Neftçilər metrosu ətrafında olan mənzillərin 10-15 il bundan əvvəl 300-500 manat arası kirayə haqqı olurdusa, indiki dövrdə bu qiymət 800-1000 manat arası dəyişir. Bundan başqa Azərbaycanda bir çox sənədsiz və köhnə, sovet dövründən qalma binalar var. Düşünün ki, bu binalar olmasaydı, Azərbaycanda kirayə mənzillərinin qiymətini tənzimlənməsi çox çətin olardı. Həmin o mənzillər var deyə az da olsa rəqabət yaranır və qiymətlərin artmasının qarşısını alır. Düşünürəm ki, bu sahədə lazimi işlər görmək lazımdır. Xüsusilə də yeni tikilən mənzillərin qiymətinin maya dəyərindən baha başa gəlməsi məsələsi ortaya çıxır. Buna görə də kirayə mənzillərin qiyməti çox baha başa gəlir. Bundan başqa da yeni tədris ili başlayanda rayonlardan gələn tələbə axını nəticəsində mənzil kirayəsinin qiymətlərindən bahalaşma müşahidə olunur".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə