"Hər bir hərəkət iştirakçısından yollarda məhsuliyyətli rəftar tələb olunur" - QURUM RƏSMİSİ AÇIQLADI
“Dövlət Yol Polisi yollarda hərəkətdə olan hər bir şəxsin, yəni bütün növ nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün səlahiyyətləri daxilində xidməti fəaliyyəti təmin edir. Hər bir hərəkət iştirakçısından da yollarda məhsuliyyətli rəftarı tələb olunur. Çünki yollarda edilən məhsulliyyətsizlik inzibati, mülki bəzən isə cinayət tərkibli əməllərə yol açır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, hər üç məhsuliyyətin formalaşmaması üçün DYP mütəmadi olaraq ictimaiyyətə qanunvericiliyin tələblərini çatdırır və vətəndaşlardan bu qaydaları pozmayıb, nizam-intizamlı olmaq tələbini irəli sürür: “Beləliklə də aparılan təbliğatın əsas məqsədi hərəkət iştirakçısı kimi hamının öz hüquq və vəzifələrini yollarda düzgün formada icra etməsini təmin etməkdir ki, nə mülki, nə inzibati, nə də cinayət məshuliyyətləri yaranmasın.
Bu gün ictimai nəqliyyatla bağlı bizi ən çox narahat edən məsələlərdən biri də odur ki, avtobus sürücüləri bir sıra hallarda qayda pozuntuları edir və daha sonra həmin məsuliyyət düzgün formada icra olunmur. Bu gün kifayət qədər ciddi məbləğlərdə daşıyıcıların üzərində olan inzibati məhsuliyyətlər yaranıb və açıq vəziyyətdə qalmaması üçün tərəfimizdən həmin fiziki və hüquqi şəxslərə müvafiq sorğular göndərilib.
Bir daha fürsətdən istifadə edərək, ictimai nəqliyyatın hərəkətinin təhlükəsizliyini və bu növ nəqliyyat vasitələrini idarə edən şəxslərin məhsuliyyətinin daha da ciddi və qabarıq formada ətrafdakı insanları narahat edən məqamlardan çəkinməyi tövsiyə edir və DYP olaraq bütün növ nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasının vacib olduğunu bir daha vurğulayırıq. Hər bir şəxsin qanunun aliliyi prinsiplərini, hərəkətin təhlükəsizliyi məsələlərində ciddi məsuliyyət göstərməyini xahiş edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB