BSU-da Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Dekabrın 13-də Bakı Slavyan Universitetində (BSU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib, daha sonra isə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış nitqini edən BSU-nun rektoru Anar Nağıyev professor Həsən Mirzəyevin ölkəmizə verdiyi töhvələrdən söz açıb: “Bu gün BSU-da Azərbaycan dilçilik elmində iz buraxmış, böyük bir töhvə vermiş şəxsiyyətin anım gününə həsr olunmuş konfrans keçirilir. Bu konfransın məqsədi professor Həsən Mirzəyevin fəlaiyyətinə işıq salmaq, ölkə üçün atdığı mühim addımları müzakirə etməkdən ibarətdir. Konfransın gündəliyinin kifayət qədər rəngarəng olması səbəbilə maraqlı müzakirələr aparılacağına inanıram.
Bu gün burada Həsən Mirzəyevin ailə üzvləri də iştirak edirlər.
Həsən Mirzəyev özünəməxsus məktəb yaratmış alimlərdəndir. Məşhur 91-lərin ən aktiv üzvlərindən biri olaraq ölkənin talehinin həll olunmasında parlaq gələcəyinin formalaşmasında mühim rolu olmuş şəxsiyyətlərimizdəndir”.
Anar Nağıyevin çıxışından sonra isə professor Həsən Mirzəyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.
Sonra isə konfrans çox maraqlı müzakirələr fonunda davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB