Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş konsulluğun əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki barelyefi qarşısına gül dəstələri düzüblər, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Ümummilli Liderin həyat və fəaliyyətindən söhbət açıb. O bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevi Rusiyada yaxşı tanıyırlar. Rusiyalılar ölkə iqtisadiyyatının və mədəniyyətinin inkişafına onun töhfəsini xatırlayır və yüksək qiymətləndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB