Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan icması Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar görkəmli dövlət xadiminin büstünü ziyarət edib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, ziyarət zamanı Ulu Öndərin Heydər Əliyev Parkında yerləşən büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Soydaşlarımız bildiriblər ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərən Heydər Əliyev dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.
“Böyük öndərimiz daim hörmət və məhəbbətlə anılacaq”, - deyə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Daşkənd vilayəti üzrə sədri Qalib Müslümov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB