Mənzillərimiz qışa nə qədər hazırdır? -ƏMLAK ÜZRƏ EKSPERT ŞƏRH ETDİ

Mənzillərimiz qışa nə qədər hazırdır? -ƏMLAK ÜZRƏ EKSPERT ŞƏRH ETDİ

"Qış fəslinin gəlməsi Bakı və ətraf qəsəbələrdə yaşayan sakinlərin mənzillərinin qışa nə qədər hazırlıqlı olması barədə sualı ortaya çıxarır". Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun szölərinə görə, bu gün havaların soyuması sakinlər üçün mənzillərin isidilməsi ilə bağlı əlavə problemler yaradır. Hansı binalarda ki, "Azəristilik" tərəfindən mərkəzləşmiş istilik sistemi varsa onlarda bu problem yaşanmır, ancaq bu istilik sistemlərindən istifadə etməyən sakinlər üçün əlavə xərclər yaradır. İndi elə evlər var ki, daxili isitməni kombi ilə həyata keçirir və bu, öz növbəsində əlavə xərclər deməkdir. Nəzərə alsaq ki, indi qaz da limitlə verilir, onda ayrılmış limit 1 ay sonra bitir və vətəndaş əlavə ödənişlə qaz alır, bu da öz növbəsində ailə büdcəsinə təsirsiz ötüşmür. Digər təbəqə sakinlər isə soyuqdan ən çox ziyan görən vətəndaşlar hesab edilir ki, onların nə istilik, nə də kombi sistemi var. Onlar daha çox kustar üsullarla hazırlanmış soba və digər vasitələrdən istifadə edirlər. Bu da onların həyatları üçün həddindən artıq təhlükəlidir. Bu kimi kustar üsullarla hazılanmış sobalar təhlükə saçır. Hər an hər şey ola bilər onun üçün onu istifadə edənlər bilməlidirlər ki, bu kimi vasitələrdən istifadə etmək çox təhlükəkidir. Ani bir qaz kəsintisi və yaxud küləkli hava onların həyatına son qoya bilər. Onun üçün gecə yatarkən bu kimi standartlardan kənar qızdırıcıları və sobaları yanılı vəziyyətdə qoyub yatmaq özünə qəsd etməkdir. Çünki, gecə yuxuda olarkən qazın kəsilməsi və yaxud sönməsi onların boğulmasına, evin yanmasına və partlamasına səbəb olar ki, onda da o evdən sağ çıxmaq mümkün deyil. Bundan başqa kustar üsullara hazırlanmış vasitələr karbon monoksit qazının evə sızması nəticəsində daha ağır ola bilər. Bu qazın iyinin qoxsunun olmaması təhlükənin nə qədər qorxulu olmağını xəbər verir. Mən bir daha vətəndaşları xəbərdarlıq edirəm, qış fəslinə keçid dövründə bütün pəncərə və nəfəsliklər bağlı olduğu üçün evin havası çıxmağa yer olmur ona görə soba və qızdırıcı vasitələrin istifadəsi çox təhlükəli hal sayılır. Bu vaxtlarda qazdan və karbon monoksit qazlarından boğulmaların sayı artır, bu hallar yaşanmamağı üçün gecə vaxtı sobanı yana-yana qoyub yatmaq çox təhlükəlidir. Bundan başqa hər gün 1-2 dəfə evin havasın dəyişmək lazımdır. Başqa bir təhlükə vanna otağında hesab edilir. Soyuq keçən havada vanna otağında pəncərə və nəfəsliklərin bağlı olması daha böyük bir təhlükədir və hər il nə qədər insanın həyatının itirilməsinə səbəb olur".

Ekspert fikrlərinə davam edərək onu da qeyd etdi ki, qış fəslinə keçid olduğu üçün bütün vətəndaşlarımızı xəbərdar edirəm ki, qazla işləyən su qızdırıcı vasitələri vanna otaqlarına qoymayın, bundan başqa kustar üsullarla hazırlanmış sobaları, o cümlədən sertifikatı olmayan sobalarla çox ehtiyatlı olun. "Əks halda bu sizin ailənizdə sevdiklərinizin vaxtsız ölümünə səbəb ola bilər. Bundan başqa tüstü bacalarının yoxlanılmasını və nəfəsliklərin baxımını vaxtı vaxtında həyata keçirin, bir şeyi heç vaxt unutmayın bir insan ömründən baha dünyada heç nə yoxdur. Odur ki, öz ailənizin və sevdiklərinizin həyatını və təhlükəsizliyini daimi diqqət mərkəzində saxlayın.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə