Uşaq evindən olan gənclərin aqibəti necə olur? -SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

Uşaq evindən olan gənclərin aqibəti necə olur? -SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

"Uşaq evində olan uşaqlara qayğı göstərmək dövlətimiz və biz vətəndaşların borcudur. Bütün dövlətlərdə də bunu edirlər". Bu sözləri SİA-ya açıqlmasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, bu məsələyə biraz əhatəli yanaşmağa ehtiyyac var. Biz bu uşaqlara qarşı kompleks tədbirlər planı və proqramımız olmalıdır. Amma bu fəaliyyət proqramı bu gün konkret olaraq yoxdur. Onlara ev verməklə iş bitmir. Aydındır ki, uşaqlar evində yaşayan gənclərin, yeniyetmələrin həyat anlayışı və psixologiyası bir başqa olur. Bu insanlar ilk növbədə Azərbaycan vətəndaşıdır. Biz elə etməliyik ki, öz vətəndaşımıza bir dövlət qayğısını onlar özlərində hiss etsin. Bu isə təkcə ev verməklə bitmir. Biz çalışmalıyıq ki, onları elə hazırlayaq ki, uşaq evllərindən azad olunandan sonra onların həmdə bir peşələri olsun. Çox yaxşı olar ki, evləri olanlardan başqa müəyyən bir cəmiyyət olsun,qeyri-kökümət təşkilatları olsun ki, bunlarla müəyyən bir müddət gənc uşaqların ayağa durmaları üçün, həyata adaptasiya olmaları üçün dəstək salam olmalıdır. Bu uşaqlar oradan çıxanda 17-18 yaşları olur. Bu da onların cəmiyyətə hələ hazır olmadıqlarını göstərir. Ona görə də onların cəmiyyətə adaptasiya olmaları üçün, qaynayıb qarışmaları üçün onlarla ən azı 5 il ərzində nəzarət olmalıdır. Əgər biz onlara ciddi fikir versək onlar sabah ölkəmiz üçün müəyyən faydalı lazimi vətəndaşlara da çevirə bilərik".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə