Şaxta baba və Qar qız uşaqlarda müsbət emosiyalar oyadır - PSİXOLOQ DANIŞDI

Şaxta baba və Qar qız uşaqlarda müsbət emosiyalar oyadır - PSİXOLOQ DANIŞDI

“Yeni il bayramı bayramı uşaqlar üçün hər zaman macəra dolu bir bayram olub. Adətən uşaqların böyük çoxluğu Şaxta baba və Qar qızla bağlı problem yaşamırlar. Ancaq burada personajların dəyişilməsi uşaqlara bəzən pis təsir edə bilər. Bunlara klonlar və ya bir çox cizgi-film xarakterləri aiddir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, əgər Şaxta baba və Qar qızı canlandıran şıxslərin səs tonunda bir problem yoxdursa, uşaqlarda da heç bir qorxu yaranmır: “Elə uşaqlar var ki, bütün personajlardan qorxurlar, bu təbii ki, müəyyən psixoloji problemlərlə bağlıdır. Lakin Şaxta baba, Qar qız uşaqlarda hər zaman müsbət emosiyalar oyadıb. Hətta bayramın simvolları olaraq onlar olmadıqda uşaqlar sıxılırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə