Azərbaycandan Ukraynaya 45 transformator və 50 generator

Azərbaycandan Ukraynaya 45 transformator və 50 generator

Müharibə nəticəsində dağılmış elektrik infrastrukturunun bərpasına töhfə vermək üçün Azərbaycan Ukraynaya 45 transformator və 50 generator göndərib. SİA-nın verdiyi məlumata görə, Ukraynada dayanıqlı elektrik təchizatının bərpası məqsədilə Ukraynaya ümumi dəyəri 1 milyon 422 min manat (836 min dollar) olan 45 transformator və 50 generatordan ibarət humanitar yardım göndərilib.

Ukraynadakı mövcud vəziyyətdən təsirlənən bölgələr. Bəyanatda qeyd olunub ki, Azərbaycan hazırkı böhrandan sonra Ukraynaya təxminən 30 milyon manat (17,6 milyon dollar) dəyərində humanitar yardım edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə