Ekoloq: Mübarizəmizi sonadək davam etdirəcəyik

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilərin özbaşınalığı davam edir. Qızılbulaq və Dəmirli yataqları talanır, ekologiyamıza ciddi ziyan vurulur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

A.Məmmədov bildirib ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən ərazilərdə ekoloji vəziyyəti öyrənmək üçün oraya monitorinq qrupu göndərmişdi. Orada baş verən insident bir qrup ictimai fəalı bu aksiyanı keçirməyə və Rusiya sülhməramlılarının komandanı Andrey Volkova müraciət ünvanlanmağa məcbur edib. Müraciətdə ekologiya ilə bağlı narahatlığımız ifadə olunub.

“Vətəndaş cəmiyyəti olaraq hazırda həmin ərazilərdə baş verənlərdən çox narahatıq. Biz müstəqil ekoloq və ictimai fəallar olaraq, mübarizəmizi sonadək davam etdirəcəyik”, - deyə Amin Məmmədov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə