“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” - FOTOLAR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə 25 noyabr – 10 dekabr tarixlərində qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq tədbirləri çərçivəsində “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasının Bakı, Gəncə, Şəki, Mingəçevir və Şirvan şəhərlərində maarifləndirici görüşləri təşkil olunub. SİA xəbər verir ki, kampaniyanın məqsədi yeniyetmə və gənclərin debatmetodologiyası vasitəsilə gender əsaslı zorakılıq və ayrı-seçkilikbarədə maariflənməsini təmin etmək, natiqlik, özünüifadə, təhlilvə araşdırma bacarıqlarını artırmaq və qeyd olunan mövzularınmüzakirəsində iştirakına şərait yaratmaqdır.

Kampaniya çərçivəsində noyabr-dekabr ayları ərzində Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən ortaməktəb, internat məktəbi, kollec və universitetlərdə debatmetodologiyası əsasında “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsiəvəzedilməzdir” mövzusu ilə bağlı gender ekspertlərinin iştirakı ilə keçirilən görüşlərdə 600-dən çox gənc qız və oğlan əhatə olunub və maariflənib.

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-ninƏhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən birgəhəyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “CənubiQafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrinaradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilir.

Kampaniya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən icraedilir.

Bütün xəbərlər Facebook səhifəmizdə