Fondun gəlirləri 212,7 milyon manat nəzərdə tutulub

Azərbaycanda növbəti il üçün İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilib. SİA xəbər verir ki, qanun layihəsinə əsasən, 2023-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 212,7 mln. manat nəzərdə tutulub ki, bu da Fondun 2021-ci ilin icra göstəricisindən 8,0%, 2022-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə isə 17,3% çoxdur.

Qanun layihəsinə görə, Fondun növbəti ildə gəlirlərinin 75,0%-i işsizlikdən sığorta haqqının, 24,9%-i əvvəlki ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin, 0,1%-i isə sair gəlirlərin hesabına formalaşacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs (Agentlik) tərəfindən təqdim olunmuş məlumatlara əsasən 2022-ci ilin I yarısı üzrə Fondun gəlirləri 82,0 mln. manat təşkil etmiş, əvvəlki illərdə istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə vəsait yönəldilməmişdir. Bu isə Fondun cari il üzrə proqnozlaşdırılmış cəmi gəlirlərinin 45,2%-nə bərabərdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə