Dekabrın 16-da “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə SİA-ya qurumdan bildirilib.
Qəbul saat 10:00-dan başlayaraq Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Ağsu və İsmayıllı sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə