Bakının mərkəzində Fəvvarələr meydanında, Nərgiz xeyriyyə Fondunun təşəbbüsü ilə "Soyuq Əllər İsti Ürək" xeyriyyə yarmarkası təşkil olunub. SİA xəbər verir ki, yarmarka paytaxt sakinlərinə, şəhərimizin qonaqlarına əsl bayram ab-havası bəxş edir. Bu nağıllar aləmindən xoş əhval-ruhiyyə almamaq xoş əhvala köklənməmək mümkün deyil. Çünki burada əsl bayram abu-havası hökm sürür. Yeni il musiqiləri, al-əlvan işıqlar, oyuncaqlar, şaxta baba və qarqız yarmarkaya xüsusi gözəllik qatır. Xüsusi ilə hər damaq zövqünə uyğun müxtəlif təamlar bir-birindən əyləncəli oyunlar hamısı bir məkanda "Soyuq Əllər İsti ürək" yarmarkasında toplaşıb. Bu ilki yarmarkada 64 böyük və 20 balaca evlər, 3 ədəd 2 mərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalardan ibarət köşklər mövcuddur. Burada müxtəlif suvenirlərin və qida məhsullarının satışı həyata keçirilir. Həmçinin yemək rəflərində Qərbin və Şərqin ləzzətli təamlarını kəşf edə bilərsiz.
Qiymətlərə gəldikdə isə soyuq havada isti qəhvə, isti şokolad, salebə təlabat daha çox olduğu üçün qiymətlərə maksimum endirim edilir və qiymətlər 4 AZN-dən başlayır. Türk mətbəxinə məxsus yeməklərdən plov üstü toyuq 4 AZN, "Balıq Ekmek" adı ilə tanınan balıq çörək 4 AZN, közdə şabalıd 20 dənəsi 5 AZN, Kumpir 3.50 qəpik, əjdaha nəfəsi 2 AZN, İsti çaxır 80 qəpik, əl işlərindən ibarət təbii daşlardan istifadə edilmiş müxtəlif zinət əşyaları 5-10 AZN təşkil edir. Suvenirlər isə 10 AZN-dən başlayır. Yarmarkanın ən əyləncəli qismi isə oyunlardır. Burada həm əyləncəli oyunlar oynaya, həm də bir birindən gözəl hədiyyələr qazana bilərsiniz. Oyunların qiymətlərinə gəldikdə isə Tir 3 atışı 1 AZN, rulet oyunu 1 AZN, lazer oyunu 1 AZN təşkil edir.
Ənənəvi olaraq təşkil olunan yarmarkanın təşkil olunmasında əsas məqsəd isə Nərgiz Fonduna müraciət edən onlarla ailəyə yenidən ümid bəxş etməkdir. Hər il olduğu kimi yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların mualicəsi və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Yarmarkanın açılışı dekabrın 1-də baş tutub və 15 yanvaradək səhər 11:00-dan 23:00-dək yarmarka ziyatçilərinin xidmətindədir.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB