"Azərbaycanda mülki aviasiyanın inkişafına çox böyük diqqət yetirilir" -DEPUTAT RƏY BİLDİRDİ
"Beynəlxalq Aviasiya Günü münasibəti ilə Azərbaycan aviasiya işçilərini ürəkdən təbrik edirəm. Onların fəaliyyətlərinin həm ölkə daxili, həm də xaricdə əlaqələrinin güclənməsində çox böyük rolları var". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycan aviasiya sahəsində inkişaf edən ölkələrdən birinə çevrilib. Milli Aviasiya Akademiyası ölkəmizdə var, akademiyanın maddi-texniki təchizatı günün ən yüksək tələblərinə cavab verə bilir. Həmin akademiyanın məzunları nəinki, Azərbaycanın milli aviasiya şirkətlərində, hətta dünyanın bir çox xarici aviasiya şirkətlərində fəaliyyət göstərirlər. Xaricdə çalışan məzunlarımızda özlərini yaxşı tərəfdən göstərərək, Azərbaycanımızı layiqincə təmsil edirlər. Azərbaycanda mülki aviasiyanın inkişafına çox böyük diqqət yetirilir. Azərbaycan aeroportları texniki şərtlərə cavab verir, Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yenidən qurulması, sərnişin gözləmə zalının bütün tələblərə cavab verməsi diqqətimizdə olan məsələlərdəndir. Təsadüfi deyil ki, hava limanımız dünyanın ən yaxşı hava limanları nominasiyasında ilk yerlərdən birini tutur".
"Eyni zamanda regionlarda hava limanlarının tikintisinə, sərnişin daşınmasında aviasiyanın rolunun artırılmasına böyük diqqət göstərilir. İşğaldan azad olunan torpaqlarımızda iki yeni hava limanının açılması tək Azərbaycan üçün yox, region üçündə əhəmiyyətli bir hadisədir. Bu həmin bölgələrə yük daşınmasının, turist marşrutlarının salınmasının və eyni zamanda insanların daha tez mənzil başına çatması üçün yeni imkanların yaradılması deməkdir. Beynəlxalq Aviasiya Günü Azərbaycanda da qeyd edilən bayramlardan biridir. Düşünürəm ki, Azərbaycan aviatorlarının uğurları bundan da çox olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB