Uşaqlara cinsi tərbiyə necə verilməlidir? - PSİXOLOQ İZAH ETDİ

Uşaqlara cinsi tərbiyə necə verilməlidir? - PSİXOLOQ İZAH ETDİ

“Ümumiyyətlə, uşaq doğulduğu gündən etibarən ona özünə qarşı individual yanaşma öyrədilməlidir. Artıq 2- 2 yaş yarımından, hətta 3 yaşından etibarən uşağa özünün məhrəm zonalarının olduğu və o intim zonalarına ana ilə həkimdən başqa heç kəsin toxuna bilməyəcəyi bildirilməlidir. Həkim belə bu nahiyələrə ananın nəzarəti altında toxuna bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, uşağa əgər kimsə intim zonalarına toxunarsa, mütləq onu valideyninə bildirmək öyrədilməlidir: “Təəssüf olsun ki, biz bu mövzularda adətən danışmırıq, maariflənmə getmir və uşaqlar uşaq yaşından oyun xarakterli olan cinsi istismara məruz qalaraq bu haqda valideyni məlumatlandırmırlar”.

Psixoloq sözlərinə belə davam edib: “Bəzən valideynlər elə bilir ki, cinsi istismar və yaxud cinsi zorakılıq ancaq zorakı olur. Amma cinsi zorakılıq həmişə zorakı faktla qeydə alınmır. Bu, bəzən oyun xarakteri daşıyır və uşaq özü də bunun problem olduğunu bilmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə