Yolda piyada vurma hadisələrinin əsas səbəbi NƏDİR? - QURUM RƏSMİSİ AÇIQLADI
“Piyadalar yol hərəkətinin iştirakçısı kimi ən geniş kontingentdi, yəni hər bir hərəkət iştirakçısı mütləq qaydada yollarda piyada kimi hərəkətdədir. Yolda piyada vurma hadisələrinin əsas səbəbi isə sürücü diqqətsizliyi ilə yanaşı, həm də piyada səhlənkarlığıdır. Lakin yol hərəkəti qaydalarına münasibətdə xüsusi ilə piyadalar son dərəcə ehtiyyatlı və təhlükəsizliyə əmin olmaqla hərəkətlərini yol infrastrukturunda özləri üçün müəyyən edilən yerlərdə seçməli, əks təqdirdə isə bunun inzibati məhsuliyyət olmaqla yanaşı, həyat və sağlamlıq, eləcə də yolda nizam-intizamın təmin olunması üçün ciddi təhlükə olduğunu unutmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, ağır qəzalar acı nəticələrini görmədim, bilmədim, tələsirdim kimi bəhanələrlə dəyişmir: “DYP bu istiqamətdə ilk olaraq xidməti fəaliyyəti piyada təhlükəsizliyinin təmin olunması üçün paytaxtın bir sıra küçə və prospektlərində elə təmin edir ki, nizamsızlıq baş verməsin və hərəkətin bütün iştirakçılarının fasiləsiz və təhlükəsiz marşurutu başa çatsın.
Digər tərəfdən isə ən böyük iş təhlükəsizliyin təbliğatına yönəlib ki, burada əsas iş media və sosial şəbəkələr üzərindən xüsusən də təhsil müəssisələrinin cəlb edilməsi ilə aparılır. Sosial çarxlar çəkilir, medianın bütün seqmentlərində müxtəlif formalarda piyada mövzusu gündəmə gətirilir ki, bu sahədə cəmiyyətdə məhsuliyyət hissi artırılsın. Təəssüflər olsun ki, bu işlər yalnız aidiyyatı qurumların xüsusən də Daxili İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Cəmiyyəti narahat edən belə ciddi bir məsələyə ictimai məhsuliyyət hissini aşılaya biləcək böyük dəstəyə ehtiyac var. Bütün pedoqoji kollektivlər, ictimai nüfüzlu şəxslər, sənət adamları, idmançılar, blogerlər, bir sözlə nüfuzundan, mövcud imkanlarından istifadə etməklə hər bir vətəndaşımız əsil dəyişikliklərin şüurda, həyat tərzində və nəhayət mədəni düşüncədə dəyişməli olduğunu dərk etməklə, öz əməli dəstəyini əsirgəməməli və dövlətini narahat edən bütün məsələlərdə onun yanında dayanmalıdır ki, hər bir məsələ müsbətə doğru surətlə öz həllini tapsın!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB