Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizlənib

Samur-Yalama Milli Parkının ərazisindəki ağaclara düşmüş zərərvericilərə qarşı tədbirlərin görülməsi məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən ərazidə monitorinq aparılıb.

Xidmət rəisi Firuddin Əliyev bildirib ki, monitoriq zamanı ərazidəki palıd, vələs ağaclarında “tək ipəksarıyan” (Lymantria dispar) zərərvericisinin yayıldığı müəyyən edilib.

“3 hektar ərazidəki ağaclar zərərvericilərdən təmizlənib və hazırda bu istiqamətdə işlər davam etdirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə