Bu məsələ ilə həm endokronoloji, həm də psixoloji baxımdan məşğul olunmalıdır -PSİXOLOQ DANIŞDI

“Ümumiyyətlə yaş dövrünə bölündükdə orta məktəb yaşı tam olaraq yeniyetməlik dövrünə təsadüf edir. İntiharlar da daha çox yeniyetməlik dövründə olur. Bu ailə münaqişələri zəminində, sinifdəki ayrıseçkilik, müəllim konfilikti ilə əlaqədar ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu cür neqativ hallar adətən natamam ailələrin uşaqlarında özünü büruzə verir:

“Əsasən intiharların səbəbləri uşaqların öz hisləri, düşüncələrini bölüşməməsi ilə əlaqədardır. Buna görə də məktəb psixoloqlar, pedoqoqlar bununla xüsusi olaraq məşğul olmalıdır. Əgər uşaq hər gün dərsə fikirli, aqressiv halda gəlirsə, bu halı artıq araşdırmaq lazımdır. Bəzən sinifdə uşağın öz xarici görünüşü ilə bağlı məsələlər, bəzən sevgi münasibətləri, bəzən isə öz müəllimləri ilə olan konfliktlər də uşaqları intihara meyilləndirir. Əslində bu həm hormonal dəyişikliklər, həm də düşüncə tərzi ilə bağlı olan bir şeydir. Ona görə də bu məsələ ilə həm endokronoloji, həm də psixoloji məşğul olunmalıdır. Eyni zamanda internet üzərindən intiharlarla bağlı verilən məlumatlar da uşaqlarda intihara həvəs oyadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə