MEDİA könüllüləri mükafatlandırılıb

MEDİA könüllüləri mükafatlandırılıb

İl ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş MEDİA könüllüləri diplomla təltif edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, MEDİA könüllüləri dekabrın 5-də keçirilən Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak ediblər.

Forum çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər, eləcə də 5 MEDİA könüllüsü diplomla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə