Həştərxan vilayətinin Nərimanov şəhərində Müslüm Maqomayevin büstünün açılışı olub FOTOLAR
Həştərxan vilayətinin Nərimanov şəhərində görkəmli xanəndə və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin büstünün təntənəli açılışı olub. Mərasimdə vilayət rəhbərliyinin, bələdiyyənin, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri iştirak ediblər.Astrobl.ru saytının verdiyi məlumata görə, Nərimanov şəhərinin mərkəzi parkında görkəmli sənətkarın ağ mərmərdən abidəsinin qoyulması qərarını qubernator İqor Babuşkin qəbul edib. Büst Həştərxan şəhərinə "Azərbaycan Sosial- İqtisadi və Mədəni Əməkdaşlığa Yardım Mərkəzi" regional ictimai təşkilatı tərəfindən hədiyyə edilib.Mərasimdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Həştərxan vilayəti üçün Xəzər regionunda əsas tərəfdaşlardan biridir. Azərbaycanla təkcə iqtisadi deyil, həm də humanitar sahədə: təhsil, tibb, mədəniyyət və idman sahələrində əlaqələr inkişaf etdirilir. Həştərxan vilayətinin Nərimanov şəhəri ilə Bakı şəhərinin Nərimanov rayonu isə qardaşlaşmış şəhərlərdir. Müslüm Maqomayevin büstünün açılışı Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə