Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar açıqlanıb.

SİA Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, sıxlıq olan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

2. Binəqədi şosesi, Azadlıq Prospekti m/st istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. 20 Yanvar dairəsində;

7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

8. Mikayl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

9. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində sıxlıq;

12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

15. Zərifə Əliyeva küçəsində;

16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə