Komitənin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin Sərəncamı ilə 2007- ci ildə Şüvalan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) Dövlət Komitəsinin tabeçiliyinə verilmişdir". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə mərkəzlərin sayının artırılması da planlaşdırılır: "Artıq bununla bağlı tapşırıq verilir.

Mərkəzlər Komitəyə tabedir və onların Əsasnaməsi Komitə tərəfindən təsdiq edilir. Komitə Mərkəzlərin fəaliyyətini təşkil edir, işini istiqamətləndirir, rəhbərliyə və əməkdaşlara
metodiki köməklik göstərir, onların fəaliyyətinə müntəzəm nəzarət edir.

Mərkəzlərin fəaliyyətinin maliyyələşdirilməsi, onların maddi-texniki təchizatı ilə bağlı məsələləri həll edir. Mərkəzlər Komitə tərəfindən təsdiq olunmuş metodik tövsiyələr əsasında fəaliyyət göstərir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə