Gənclərin aqressiv davranışları nə ilə bağlıdır? - VƏTƏNDAŞLARDAN SORĞU

Uşaq və yeniyetmələrdə aqressiv davranışlar valideyn və müəllimləri narahat edən vəziyyətdir. Bu mürəkkəb və narahatedici mövzu valideynlər, müəllimlər və digər böyüklər tərəfindən diqqətlə başa düşülməlidir. Son hadisədə bunu göstərdi ki, bunun nəticəsində iki gənc asanlıqla bir-birinin həyatına son qoya bilər. Bununla bağlı SİA vətəndaşların fikirlərin öyrənməyə çalışıb.

Paytax sakini Hüseynağa Ağabəyov: "Mənim fikrimcə gənclərin aqresiyası yeniyetməlik zamanından başlayır. Bu dövrlərdə gənclərə şans tanımaq və onların problemlərini maraqlanmaq lazımdır. Həm ailə, həm də cəmiyyət arasında onların bir fərd olduqlarını onlara hiss elətdirmək lazımdır".

Paytaxt sakini Arzu Əsədova: "Aqresiyyanın səbəbi uşaqlardan erkən yaşlarından telefonların və digər texnologiya vasitələrin verilməsi və orada olan yararsız videolara baxmasıdır. Və onlar böyüdükcə onların ağıllarında qalan bu videolar onlarda bunun bir psixoloji sarsıntısını yaşayırlar. Ətraflarına və cəmiyyətə qarşı aqresiv olmağa başlayırlar".

Paytaxt sakini Solmaz Tahirova: "Bu aqresiyanın qarşısını alaq evdə valideyn tərbiyyəsindən başlayır. Ümumiyyətlə hər bir şeydə valideyn tərbiyəsi çox önəmlidir. Gənclərin son zamanlarda böyüklərinə qarşı hörmətsizlik baş alıb gedir. İlk öncə bunu aradan qaldırmaq lazımdır".

Paytaxt sakini Səlim Məmmədov: "Mən düşünürəm ki, gənclərin həm bir-birlərinə qarşı, həm də özündən böyüklərinə qarşı aqresiv yanaşması çox ciddi bir problemdir. İndi ki zəmanədə bunun qarşsıını almaq üçün müəyyən tədbirlər görülməlidir. İlk öncə ailədən, daha sonra isə məktəblərdə və universitetlərdə bununla bağlı maarifləndirici tədbirlər görməlidirlər".

Paytax sakini: "Ülkər Məmmədova: Mən düşünürəm ki, bunun qarşsıını uşaqlıq dövründən almaq lazımdır. Uşaqlıq vaxtından ailəsi onunla dost olmalı və bunun qarşısını almalı və cəmiyyətə yararlı bir fərd kimi böyütməlidirlər. Mənimdə övladlarım var və mən çalışıram ki, onlarla indidən təbliğat aparım və gələcəkdə aqressiv hərəkətlərin qarşısını alım".

Paytaxt sakini Murad Qafarov: "Fikrimcə bununla bağlı dövlət struktrunda işləyən əməkdaşlar müəyyən tədbirlər görməlidirlər. Aqressiv olan uşaqlar üçün müalicə mərkəzləri yaranmalıdır və onların burada müalicəsi tam pulsuz olmalıdır. Gənclərində bir-birlərinə qarşı mülayim olmasını tövsiyyə edirəm".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə