Çalışmaq lazımdır ki, ətrafımızda pozitiv, şən insanlar olsun -PSİXOLOQ DANIŞDI
“Depressiyalar mövsümi olur. Bunu yaz və payız depressiyaları olaraq iki yerə ayırırıq. Depressiyadan çıxmaq üçün insan sevdiyi işlərlə məşğul olmalıdır. Bu hallar yaşandıqda insan özü-özünə qapanmasına icazə verməməlidir. Bu zaman ərzində şəxsin çalışıb hər gün evdən çıxması, müəyyən işlərlə məşğul olması, xüsusilə də, sevdiyi işləri görməsi çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu dövrdə evdə oturmaq insanın əhvalına daha da mənfi təsir göstərir: “Depressiya zamanı ətrafımızdakı insanlar da bizə yardım edə bilərlər. Lakin insan özü-özünü bu vəziyyətdən çıxardıqda yenidən ağır depressiya yaşamır. Çalışmaq lazımdır ki, ətrafımızda pozitiv, şən insanlar olsun. Depressiya zamanı sevdiyimiz insanlarla vaxt keçirmək, idman etmək, xüsusilə də, kitab oxumaq depressiyadan çıxmağa müsbət mənada öz təsrini göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB