“Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu” - YENİLƏNİB - FOTOLAR

“Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu” - YENİLƏNİB - FOTOLAR

5 dekabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu”nun rəsmi açılış mərasimi baş tutub. SİA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

3-8 dekabr tarixləri aralığında davam edən layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim heyəti tərəfindən ingilis və italyan dillərində iki günlük emalatxana çalışmaları baş tutacaq və layihənin yekunu olaraq sərgi keçiriləcək.

Sərgidə Azərbaycan və İtaliya gənc memarlarının təxəyyülünün nəticəsi olaraq ərsəyə gələn və gələcəkdə Şuşa şəhərində tikilməsi mümkün olan sosial obyektlərin eskizləri nümayiş ediləcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə