Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla

Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla

Azercell-dənSOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək

“Azercell Telekom” MMC həyata keçirdiyi Korporativ Sosial Məsuliyyətstrategiyasıçərçivəsində gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunmasıistiqamətində layihələrini davam etdirir. Ölkənin lider mobil operatorunun“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda valideyn himayəsindən məhrum gənclərə karyera quraraqgüvənli gələcəyə addımlamaq üçün geniş imkanlar açır. Layihənin məqsədi SOS Uşaq Kəndlərində və icmalarda böyüyən 15-25 yaş aralığında 100 gənci iş bazarına hazırlamaq, mövcud fəaliyyətlərinin əhatəsini genişləndirmək və şəxsi inkişafları üçün yeni təşəbbüslər yaratmaqdır.

Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edəcək fəaliyyətlər ilk növbədə 8 moduldan ibarət məşğulluğa hazırlıq və kiçik sahibkarlıq mövzularında onlayn təlimlərdən ibarət olacaq. Liderlik bacarıqları, Kommunikasiya bacarıqları təlimləri, Maliyyə Savadlılığı kimi praktiki modullar, İnsan Qaynaqları menecerləri ilə müsahibələrin keçirilməsiplanlaşdırılıb. Vebinarlar“YouthLinks” platforması üzərindən təqdim olunacaq. Layihənin növbəti mərhələsində iştirakçı gənclərin bilik, bacarıq və istəklərinə uyğun müxtəlif peşə təlimlərinə cəlb edilməsi nəzərdə tutulub. Yekunda isə peşə hazırlığınıuğurla bitirmiş gənclərin həmin peşə sahələrindəmüxtəlif biznes nümayəndələrinin yanında təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.

Qeyd edək ki, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının, hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması, cəmiyyətə inteqrasiyasıdaima “Azercell Telekom”-un diqqət mərkəzində saxladığı sosial mövzulardandır.

Bütün xəbərlər Facebook səhifəmizdə