İnsan Resursları Mərkəzinə ötən ay 4 mindən çox müraciət daxil olub

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi noyabr ayı üzrə müraciətlərin statistikasını açıqlayıb. Mərkəzdən SİA-ya bildirilib ki, ötən ay ərzində ümumilikdə 4 min 22 müraciət daxil olub.

Portal.edu.az platformasının vətəndaş müraciətləri bölməsi üzərindən 105, "Çağrı Mərkəzi”nə isə 2 min 794 müraciət daxil olub.
Sosial media xidməti tərəfindən feysbuk üzərindən 751 müraciət cavablandırılıb.
Qeyd edilən müddət ərzində elektron poçt ünvanı üzrə 372 müraciət daxil olub.
Habelə 35 vətəndaş qəbul edilərək müracəti aidiyyəti üzrə icraata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə