Zaqatala Rayon Polis Şöbəsində rəis təyinatı olub

Zaqatala Rayon Polis Şöbəsində rəis təyinatı olub

Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) rəis təyinatı olub. SİA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə