Yeni təşkilat yarandı - FOTOLAR - VİDEO

Yeni təşkilat yarandı - FOTOLAR - VİDEO

25 noyabr 2022-ci il tarixində Atatürk Mərkəzində İctimai Təhlükəsizlik Təşkilatı Təşəbbüslər Qrupunun təsis konfransı olub. SİA xəbər verir ki, tanınmış publisist, yazar, İTT-nin təşəbbüs qrupunun rəhbəri Vüsal Səid Rzazadə təşkilatın yaradılması səbəbi, məram və məqsədi haqqında açıqlama verib.

Natiq çıxışında bildirib ki, xalq və dövlət sevgisi "dövlətimin yanındayam" ifadəsi ilə yekunlaşmamalıdır: ”Hər bir şəxs dövlətin yanında olduğunu açıq bildirməli, mövqeyini aydın izhar etməklə yanaşı, vaxtında, məqamında səfini seçməli, dövlət yolunda əlindən gələni etməli, lazım gələrsə canından, qanından belə keçməyi bacarmalıdır. İctimaiyyətin təhlükəsizliyni təhdid edən istənilən məsələyə qarşı İctimai Təhlükəsizlik Təşkilatı öz mövqeyini çox sərt şəkildə bildirəcəyinə əminəm. Hər işdə dövlət irəli atıla bilmir. Məsələn, son proseslər göstərir ki, digər ölkələrin təxribatçı qrupları da ölkəmizdə çox aktivləşiblər Hətta, sosial şəbəkələrdə bəzi şəxslər müəyyən cərəyanların təsiri altında dövlətimizin, tariximizin, tarixi şəxsiyyətlərimizin imicinə zərər toxunduracaq fikirlər yazırlar, paylaşırlar. Həmin fikirlər, paylaşımlar cinayət əməli sayılmaya bilər, amma səhv düşüncə mütləq bir neçə nəfəri də fikir dəyişikliyinə zərərli düşüncələrə sövq edə bilər. Belə məqamda dövlət cəzası yox, ictimai qınaq olmalıdır. Məhz belə məqamlarda İTT artıq problemə öz mövqeyini göstərəcək!".

Tədbir iştirakçılarından birinin "İctimai Təhlükəsizlik Təşkilatının yaranma ehtiyacını anladıq, bu fəaliyyətin daha geniş arenaya daşınması, genişlənməsi mümkündürmü" sualını təşkilatın mətbuat xidmətinin rəhbəri Elmar Hüseynov cavablandırıb. O qrupun rəhbərinin fikirlərinə bu sözləri əlavə edib: “Əlbəttə, ictimaiyyətin təhlükəsizliyini təhdid edən, cinayət sayılmayan istənilən məsələyə cavab təşkilatımızın mövzusudur. Biz düşünürük ki, ictimai fikri çaşdıran qrupların, insanların, digər dövlətlərin diversiya qruplarının, agentlərin cavabını tək-tək verməkdənsə təşkilatlanaq, bir olaq, birlik olaq, birlikdə mübarizə aparaq! Xalqımızın övladları dövlətimizin varlığı üçün hər zaman canından keçməyə hazır olub.
Əminliklə deyirəm ki, onlar İctimai Təhlükəsizlik Təşkilatda birləşərək, növbəti dəfə də dövlətimizi, dövlətçiliyimizi qorumağa canla-başla qoşulacaqlar və bu da təşkilatımızın daha geniş formada tanınmasına stimul olacaq”.

İTT TQ-nin üzvü Elmar Hüseynov əlavə olaraq onu da xatırladıb ki, vətənsevər insanlar istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrdə xarici təxribatçılara qarşı tək-tək mübarizə aparıb. Amma bundan sonra İctimai Təhlükəsizlik Təşkilatı bu prosesləri yenidən vətənsevərlərin birgə təşəbbüsü və təşkilatçılığı ilə davam etdirəcək. Artıq qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət hazırlanıb. Qısa zamanda müraciət olunacaq.

İTT TQ-nin digər üzvü, hüquqşünas Xəlil Məmmədli, rejissor Alim Babayev, çıxış edərək yeni yaranan İctimai Təhlükəsizlik Təşkilatına uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə