QİÇS-lə mübarizədə hansı tədbirlər görülür? - SORĞU

1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gün.[1] Ümümdünya QİÇS Günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin xatirələrinin anılması günü kimi də qeyd olunur. BMT üzvü olan dövlətlər tərəfindən adətən QİÇS-in yoluxma yolları ilə bağlı kütləvi informasiya vasitələrindən məlumatlar verilir və tədbirlər təşkil olunur.

Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, XX-XXI əsrin bəlası sayılan və hələ də öz aktuallığının itirməyən QİÇS tək tibbi problem deyil, eyni zamanda tibbi-sosial problemdir: "Əlbəttə ki, ökləmizdə QİÇS-lə mübarizə sahəsində aparılan işləri təqdirəlayiq qiymətləndirmək lazımdır. Ölkəmizdə bu xəstəliyə yoluxanlar xüsusən yüksək risk qrupundan olur. Bunun illər boyu qarşısının alınması üçün çox vacib tədbirlər görülüb. HİV virusunun törətdiyi qazanılmış immun çatışmazlığı sendromu zəif inkişaf edən ölkələrdə öz təzahürünü göstərir. Bu il ərzində ölkəmizdə 600-dən çox insan bu xəstəliyə yoluxub. Yoluxanların bir hissəsini əcnəbilər təşkil edir. Elmi tətqiqatlar nəticəsində bu xəstəliyin müalicəsi istiqamətində effektiv addımlar atılıb. Amma bu o demək deyil ki, bu xəstəlik özbaşına buraxılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında aparılan tədbirlər infeksion xəstəliyi nəzarət altında saxlayır. Buna baxmayaraq hər il 1 dekabrın Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunması bir mesajdır. Ölkəmizdə də QİÇS-lə mübarizə sahəsində qanun qəbul olunmuş və bu xəstəliyin yayılmasında iştirak edən şəxslərə 3 ildən 7 ilə qədər həbs cəzasının tətbiq edilməsinin nəzərdə tutulduğu maddə əlavə edilmişdir. Yəni bu xəstəliyin bilərəkdən yayılmasında iştirak edən şəxs ciddi cəzalandırılmalıdır. Hesab edirəm ki, bu kimi primitiv addımların atılması ölkəmizdə bu xəstəliyin artmasının qarşısını alır".

Mövzu ilə bağlı sosioloq Lələ Mehralı qeyd edib ki, QİÇS-lə mübarizənin qarşısını almaq üçün atılan ən vacib tədbirlərdən biri də nikahdan öncə müayinələrin təyin edilməsidir: "Çünki tərəflərdən biri xəstə olduğu halda digərinə də ötürür və beləliklə sitatistikanın sayı artır. Bundan əlavə təəssüf ki, narkomaniyanın geniş yayılması, bir iynə ilə bir neçə nəfərin maddə qəbul etməsi də QİÇS-in yaranmasına səbəb olur. Nə qədər təhlükəli olduğunun fərqində deyillər. Amma hesab edirəm ki, dövlətimiz QİÇS-lə mübarizənin öhtəsindən gəlir. Amma tədbirlərin daha da genişləndirilməsi vacibdir. Həmçinin QİÇS-in yayılma səbəblərindən biri də qan köçürmələridir. Hazırda qan köçürmələri zamanı ciddi şəkildə qan analizləri edilir və xəstə qan nümunələri qəti şəkildə qəbul edilmir. Həmin insanlar qan bankında xüsusi qeydiyyatda olur ki, bu insanda bu virus var. Tatu vasitəsilə də bu xəstəliklərin yayılma riski böyükdür. Xəstəliyi olan şəxs özü də bilmədən tatu etdirdikdən sonra usta həmin aləti yaxşı təmizləmədiyi təqdirdə bu virus başqa insalnlara da yoluxur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə