Uşaqlara pis vərdişlərin aşılanması doğrudur? - PSİXOLOQ ŞƏRH ETDİ

"Kiçik yaşlı uşaqlara bəzən şöyüşlərin öyrədilməsi müşahidə olunur ki, bun haha çox oğlan uşaqlarında görürük". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu pis vərdişlər öyrədilir və məclislərdə zarafat niyyətinə uşaqlara söylədilir: "Bu əslində gələcəkdə uşağların psixologiyalarına mənfi təsir göstərir. Çünki bununla uşaqlar məşhurlaşmaq istəyir, diqqəti cəlb etmək istəyir. Ona görə də bu vərdişlər uşaqlarda mənfi nəticələr verir. Yerli-yersiz məqamlarda pis vərdişlərindən istifadə edirlər və bu da zaman keçdikcə həmin şəxslərlə qarşı tərəfdəkilər arasında konfliktə səbəb olur. Uşaqlara pis vərdişlərin aşılanmasının içərisində siqarət, içki vərdişləri də var. Uşaqlar çox vaxt valideynlərindən gördüklərini tətbiq edirlər. Körpə uşaqlara içki içirməyi və ya söyüşü öyrətmək onlarda öz haqlarında mənfi düşüncələrə səbər olur, uşaqlar özgüvənsiz olur".

Bütün xəbərlər Facebook səhifəmizdə