Yeni ildə əfv sərəncamı gözlənilir? - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

“Yeni ildə əfv gözlənilmir. Ona görə ki, bu il artıq əfv sərəncamı cənab Prezident tərəfindən imzalanmışdır. Bu səbəbdən də mənim yeni əfv sərəncamı ilə bağlı böyük gözləntilərim yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, DİN yanında ictimai şura rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, artıq bir dəfə əfv sərəncamı olub: “Həmçinin, bu illəri 5 mart tarixində Amnistiya Aktının icrası da başa çatıb. Bu il ərzində yeni bir əfv sərəncamı və Amnistiya Aktının olacağını düşünmürəm. Amma gələn ili istisna etmirəm”.

Əliməmməd Nuriyev sözlərinə belə davam edib: “Onu da qeyd edim ki, bizdə əfv sərəncamları bir qayda olaraq Novruz Bayramı ərəfəsində, yaxud digər mühüm bayramlarda olur. Bildiyimiz kimi, qarşıdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi gəlir. Bəlkə bu ərəfədə əfv sərəncamı ola bilər. Lakin əfvin nə zaman verilməsinin qərarını cənab Prezident verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə