Qazın kəsilməsi halları nə ilə bağlıdır? - Azəriqaz aydınlıq gətirdi

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sosial şəbəkələrdə lokal dayanmalara verilən reaksiyaların “Azəriqaz” İB-nin gördüyü işlərə kölgə saldığını vurğulayıb. Şöbə rəisi qeyd edib ki, qurum qışa hazırdır və bu istiqamətdə də görülən tədbirlər isə təbii hal daşıyır. E.Vəliyev bildirib ki, bəzi hallarda yeni istifadəyə verilmiş yaşayış binalarının qazla təchizatı üçün həmin ərazidəki ana xətlərə qaz verilişi qısa müddətə dayandırılır ki, bu da məcburi addımdır və bunu bina istifadəyə verilməmişdən əvvəl etmək mümkün deyil.

Aksiyada iştirak edən Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək isə noyabr ayında daxil olan zənglər barədə ətraflı məlumat verib. Şöbə rəisi cari ay ərzində ünvanlanan 121 596 müraciətdən 104 748-nin Bakı və Abşeronun payına düşdüyünü bildirib. Xalidə Şimşək zənglərin artma səbəbini ilin sona yaxınlaşması ilə bağlı olduğunu da vurğulayıb.

Digər məsələlərin də müzakirə olunduğu “Açıq qapı” aksiyası jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Tədbirin gedişi Feysbuk sosial şəbəkəsində canlı yayımlanıb.

Lalə

Bütün xəbərlər Facebook səhifəmizdə