Yeni rayonların yaranmasına ehtiyac var? - NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ
"Son dönəmlərdə cənab Prezident İlham Əliyevin son sərəncamları ilə Azərbaycanda iqtisadi rayonlar yaradıldı". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, amma paytaxtın özündə birbaşa idarəetmə prinsipi rayon modul tipli idarəetmə sistemidir. Doğrudur, müxtəlif infrastruktur layihələr və vətəndaş münasibətləri "ASAN Xidmət"lər üzərində qurulub. Yəni hökumət və digər qurumlar xüsusən o platforma üzrə cəmləşib və xidmət göstərir. Amma baxaq görək bugünkü gündə şəhər idarəetməsində xüsusən Bakıda bunun üçün əlavə meyara ehtiyac varmı? Əlbəttə, mən deyərdim siyahıyaalma və qeydiyyataalma üzrə statistikaya baxsaq, Bakı şəhərində bugünkü gündə ən azı iki yeni rayon tipli idarəetmə qurumunun yaranmasına ehtiyac var. Bunun biri Ələt İqtisadi rayonudur.
Ələt bölgəsi və ətraf yaşayış məntəqəsi bugünkü gün azad iqtisadi potensialına qovuşmalıdır. Bunun vacib səbəblərindən biri nəqliyyatın özəl bölməsi olan logistikanın Ələt İqtisadi Zonasında yerləşməsidir. Gələcəkdə Ələt Azad İqtisadi Zonası adlandırılacaq həmin ərazi daha çevik və operativ işlərin görülməsi ilə yanaşı idarəetməni də səciyyələndirir. Nəzərə almaq lazımdır ki, Ələt qəsəbəsi və ətraf kəndlər tabeliyində olduğu Qaradağ rayonundan kifayət qədər məsafədədir və vətəndaşların müəyyən rayon mərkəzinə, xüsusən də Lökbatan qəsəbəsinə getməsində çətinliklər yaranır. Burada bu və digər formada idarəetməni təkmilləşdirmək lazımdır. Digər forma isə mən deyərdim Bakının Şimal-Qərb bölgələri üzrə yolun üzərində dayanan Müşfiqabad qəsəbəsi, At yalı, Çiçək qəsəbəsi və digər infrastruktur üzərində qurulmuş qəsəbələrdir. Bunlar baxmayaraq ki, Abşeron rayonunun mərkəzi hissəsi ilə qonşudur, yaxındır, amma orda yaşayanlar müəyyən bir prosedurları həyata keçirmək üçün birbaşa Qaradağ rayonu ərazisinə getməli, Lökbatan qəsəbəsində problemlərini həll etməlidir. Əlbəttə bu məkan, zaman və ailə büdcəsinə öz təsirini göstərir. Bu və digər qəsəbə və xırda yaşayış massivlərinin daha iri bir formada bir rayon tabeçiliyində yaradılması onun inkişafını səciyyələndirəcək bir xüsusiyyətə malik olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB