İshal yaradan qidalar BUNLARDIR - DİQQƏT!

Bəzi qidalar çox istifadə zamanı insanda ishala səbəb olar. SİA xəbər verir ki, ancaq belə qidalar qəbizlik zamanı istifadə edilərsə mənfi təsir göstərməz.

Acı bibər - Mütəmadi istifadə zamanı ishala səbəb olur.

Gilas - Bol vitaminlə zəngin meyvədir. Minerallarla zəngin olan bu meyvə ilə qəbizliyin qarşısını ala bilərsiniz. Bağırsaq sistemini tənzimləyir. Ancaq çox yeyildiyi zaman bu sistem normadan artıq çalışaraq ishal yaradır.

Qatıq - ishalın qarşısını alan süd məhsulu hazır şəkildə marketlərdə satılır. Təbii olmayan belə hazır qatıqlara dadlandırıcılar qatıldığı üçün ishala səbəb ola bilər.

Cipsi - səhhət üçün zərərlidir. Həm artıq çəkiyə səbəb olan, həm də xərçəng riski daşıyan cipslərin tərkibində olan maddələr toxluq hissi verməz və mədəyə getmədən bağırsaqlara təsir göstərir.

Spirtli içkilər - vücuda daxil olan suya maneə yaradan spirtli içki maddələr mübadiləsini zəiflədərək həzm sisteminin çökməsinə və ishala səbəb olur.

Kafein - Yuxusuzluq, psixoloji narahatçılıqlar yaradır. Bununla yanaşı ishala da səbəb olur. Qəhvə orqanizmdəki maye tərəzisini poza bilər. Bu səbəbdən mütəmadi istifadə tövsiyə edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə