Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi müzakirə edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi "Zəfərlə başa çatan Vətən müharibəsi inşa yazı müsabiqəsi" mövzusuda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsinin təşkili layihəsinin tədbirlərini 22-25 noyabr 2022-ci ildə təşkil edib.

Layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

"Gənclərin Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.

Binəqədi Gənclər və İdman İdarəsinin əməktaşı Quliyeva Səadət isə vurğuladı ki, vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaratması, apardığı mübaribədə onda inam hissini gücləndirməsi bir həqiqətdir. Vətənpərvərlik hissi güclü olan gənclər gələcəyimizin və bütünlükdə dövlətçiyimizin qarantıdır.

144 nömrəli məktəbin direktoru Həmidova İlahə isə bildirdi ki, yeniyetmə və gənclər arasında əsl qəhrəmanlıq salnamələrinin təbliği, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına mühüm töhfə verəcək.

Nizami rayonu polis idarəsi əməkdaşı Huseynov Qadir vürğulayıb ki, təməli şəhid qanıyla qoyulmuş müstəqil ölkədə yaşayırıq: “Ölkəmiz inkişaf edir, dünyada öz sözünü deyə bilən güclü bir dövlətə çevrilir. Xalq bu azadlığı asan qazanmadığını çox yaxşı başa düşür. Buna görə şəhidləri unutmur, onları yad edir Övladlarını vətənpərvər vətəndaş kimi yetişdirməyə çalışır. Ailədə aşılanan bu duyğu məktəb və cəmiyyətdə təkmilləşir. Bu ülvi hiss hər bir vətən övladının ürəyində yaşayır. Torpağa olan mənəvi bağlılıq, milli dəyərlərə və bayrağa hörmət, sevgi bu xalqın tək bir nümayəndəsi qalana qədər davam edəcək”.

Memmedova Seda Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması gənclərlə bağlı dövlət siyasətinin davamına uyğun olaraq həyata keçirilməsi ümumilikdə vətəndaş cəmiyyəti üçün mənəvi borcdur. Vətənpərvərlik haqqında müzakirələr və bədii yaradıcılıq müsabiqələrinin təşkili yeniyetmələr arasında vətənpərvərliyin təbliğinin ən effektiv formalarıdır.

Tədbirdə Azərbaycan Respublikası Binəqədi Gənclər və İdman İdarəsinin əməktaşı Quliyeva Səadət, Xususi Riskli Xilasetme Xidmeti əməkdaşı Naile Esedova, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin işcisi Etiram Xalilov iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin işcisi Etiram Xalilov çıxış edərək bildirdi ki, Vətənpərlik hər bir xalqı tarix boyu qoruyan və mühafizə edən anlayışdır. Müxtəlif dövrlər ərzində yadelli işğalçılarına qarşı döyüşən igidlərimiz xalqına, torpağına olan sədaqəti, məhəbbəti göstərmək üçün canlarından keçməyə belə hazır olduqlarını nümayiş etdirmişlər.

Xususi Riskli Xilasetme Xidmeti əməkdaşı Naile Esedova isə vurguladi ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Sonda layihədə iştirak edən gənclər sertifikatlarla təltif olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə