Klassik mənada köləlik bütün dünyada qadağan edilsə də, 2021-ci ildə 50 milyon insanın “müasir qul” statusunda olacağı təxmin edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klassik tərifə görə, “fərdi əsas azadlıqlarından məhrum edib başqasının mülkü etmək” mənasını verən köləlik tarix boyu müxtəlif sivilizasiyalar tərəfindən geniş şəkildə istifadə edilmişdir. 15-19-cu əsrlər arasındakı 400 illik dövr ərzində ən azı 13 milyon insan tacirlər tərəfindən qaçırılaraq əsarət altına alındı. Atlantik qul ticarəti yolu ilə Avropa müstəmləkəçi dövlətləri tərəfindən qurulan xaricdəki koloniyalara göndərilən bu insanlar nəsillər boyu köləliyə məcbur edildi. 19-cu əsrin əvvəllərindən İngiltərə və ABŞ başda olmaqla bir çox ölkə tərəfindən qadağan edilən qul ticarəti, Osmanlı İmperatorluğunda da əsrin ortalarına doğru qadağan edilmişdi.

Bu gün köləlik demək olar ki, hər ölkədə qadağandır. Hüquqi ekvivalenti olmasa da, “müasir köləlik” termini məcburi əmək, məcburi nikah və insan alveri kimi təcrübələri təsvir etmək üçün istifadə olunur.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə