"Problem özü ilə daha böyük problemlərə yol açacaq” - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“İnsan psixologiyasının normal və yaxud qeyri-normal olması onun hadisələr zamanı verdiyi reaksiyalara bağlıdır. Elə insanlar var ki, hər hansı bir situasiyada özünü çox sakit aparır, elə insanlar da var ki, sakit olmalı olduğu halda tam əksi olan reaksiyalar verir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu məqamları bilmək üçün insanın psixoloji profilaktikasına baxmaq lazımdır ki, insan profilaktik olaraq özünü sakitləşdirmək üçün hansı üsullardan istifadə edir: “İnsanın psixologiyasında tam rahatlıq yoxdursa, bu zaman onun qavramasında, diqqətində problem yaranır. Bu əsasən özünü uşaqlıq dövründə göstərir. Məsələn, balaca uşaqlar çox narahatdırlarsa, gərgindilərsə, onların diqqət və qavramalarında problemlər çox olur. Ona görə də belə halların olmaması üçün çalışıb uşağı stresdən uzaq saxlamaq vacibdir.

Ümumiyyətlə istər uşaq, istərsə də böyüklərdə psixoloji olaraq gərginlik varsa istənilən halda bu problemi həll etmək olduqca vacibdir. Əks təqdirdə həll edilməyən bu problem özü ilə daha böyük problemlərə də yol açacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə