İndiyədək 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş 3 nəfər, eləcə də bir şəhid bacısı olmaqla ümumilikdə 4 nəfər Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub. Bu barədə SİA-ya KOBİA-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, iki Vətən Müharibəsi iştirakçısı 2021-ci ildə KOBİA-nın Bakı və Sumqayıt şəhərləri üzrə KOB dostu vəzifələrinə təyin olunub. 2022-ci ildə isə bir Vətən Müharibəsi iştirakçısı KOBİA-nın Tovuz rayonu üzrə KOB dostu vəzifəsinə, şəhid bacısı isə Agentliyin KOB evində işlə təmin edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB