Məktəblərdə istilik sistemi hansı vəziyyətdədir? - QURUM RƏSMİSİ AÇIQLADI

Məktəblərdə istilik sistemi hansı vəziyyətdədir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Azəristiliktəchizat" ASC ölkə üzrə məktəblərin cəmi 6, bağçaların isə 8 faizini istiliklə təmin edir. İstiliklə təmin etdiyimiz məktəb və bağçalarda hal-hazırda hər hansı bir problem yoxdur". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-də İctimaiyyətlə əlaqələr üzrə xidmətin rəhbəri Elvin Basqallı deyib.

Onun sözlərinə görə, məktəb və bağçalar yüksək keyfiyyətli istilik sistemi ilə təmin olunur: "Yerdə qalan bağça və məktəblər isə Elm və Təhsil Nazirliyinin balansında olan qazanxanalar tərəfindən istiliklə təmin olunur. Yəni, həmin bu subyektlərin istiliklə təmin olunması mövzusuna "Azəristiliktəchizat" ASC-dən çox Elm və Təhsil Nazirliyinin aidiyyatı var. Çünki biz cəmi 6 faiz məktəb və 8 faiz bağçanı istiliklə təmin edirik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə