Zob xəstəliyi zamanı çox maye qəbulu yolverilməzdir - MÜTƏXƏSSİS DANIŞDI
“El arasında zob kimi tanıdığımız xəstəlik qalxanabənzər vəzin funksiyalarının pozulmasıdır. Burada əsas məsələ orqanizmdə kifayət qədər yodun olmamasıdır. Həmin qalxanabənzər vəzin funksiyalarını yerinə yetirməsi üçün də əsas yod lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, yod çatışmadıqda qalxanabənzər vəz böyüməyə başlayır: “Böyüdükdən sonra isə el arasında adlandırdığımız zob xəstəliyi meydana çıxır. Bu xəstəlik qadınlar arasında daha çox yayılır.
Daxili orqanların funksiyasının pozulması, göz bəbəklərinin həddindən artıq böyüməsi, görmənin, qadın cinsi orqanının zəifləməsi və digər bir çox problemlərə yol açır. Buna görə də mütləq şəkildə bu hallarla qarşılaşmamaq üçün qidalanmamıza diqqət etməliyik. Qidalarımızda yaxşı olar ki, yod tərkibli qidalara üstünlük verək. Buna hazırki mövsümə uyğun feyxoa, xurmanı aid edə bilərik. Bundan başqa çərəzlər həddindən artıq faydalıdır. Eyni zamanda paxlalı bitkilər də zob üçün çox faydalıdır. Ağ kələm, qırmızı kələm və turpdan da istifadə etməyimiz vacibdir.
Unlu məmulatlar, spirtli içkilər isə zob xəstəliyi üçün zərərli hesab olunan qidalara daxildir. Bunlardan əlavə mütləq şəkildə istifadə etdiyimiz yağlara da diqqət etməliyik.
Gündəlik həyatımızda yodlaşdırılmış duzlardan, Naxçıvan qaya duzlarından və Himalay duzlarından istifadə etmək məsləhətlidir. Bu zaman orqanizm üçün bu duzların faydası olacaq. Xüsusilə də zob xəstəliyindən zərər çəkən insanlara kömək etmiş olacaq.
Daha vacib məqam isə kor-koranə şəkildə dərman qəbulu etmək düzgün deyil və qəti şəkildə olmaz. Çünki bu hormon balansını pozur və gələcəkdə də daxili orqanların xəstəliklərinin yaranmasına səbəb olur. Birinci növbədə də qadınlarda cinsi xəstəliklərin yaranmasına səbəb ola bilər ki, bunlara mütləq şəkildə diqqət etmək lazımdır. Zob xəstəliyi zamanı orqanizm gündəlik maye tələbatını çox ehtiyyatla qəbul etməlidir. Çünki bəzən olur ki, zob xəstəliyindən əziyyət çəkən insanlar həddindən artıq su içirlər. Halbuki bu xəstəliyin hökm sürdüyü orqanizmdə çox maye qəbuluna yolverilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB