Komitəyə 686 yazılı müraciət daxil olub - QURUMDAN AÇIQLAMA

Komitəyə 686 yazılı müraciət daxil olub - QURUMDAN AÇIQLAMA

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin müraciətləri, qanunvericiliyə uyğun olaraq, qeydə alınır və cavablandırılır. Bu barədə SİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirikib ki, 2022-ci il noyabrın 28-dək komitə tərəfindən vətəndaşların 686 yazılı müraciətləri cavablandırılıb.

Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə