“Hazırda ən çox pozulan qaydalar sürət həddinin aşılması ilə bağlıdır. Ötmə manevr qaydalarının pozulması da burada xüsusi önəm daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, bu xətalar daha çox xüsusi texniki vasitələr tərəfindən qeydə alındığına görə onların dəqiq statistikasını aparmaq mümkündür:
“Nəzarət sistemi ciddi olduqca, xüsusi texniki vasitələr xətaları aşkarladıqca sürücülər də öz məhsuliyyətlərini dərk etməli olurlar və bu xətalara da yol verməmək üçün çalışırlar. Amma bəzən biz bunun əksini də görürük. Məsələn sürət rejimi ilə bağlı nə qədər insan cərimələnir. Lakin yenə də sürət həddinin aşılmasına görə tətbiq olunan cərimələr daha çox olur. Eyni zamanda təhlükəsizlik kəməri ilə bağlı da xəta törədənlərin sayı çox olur. Ötmə manevr isə bəzən kiçik xəta kimi qəbul edilsə də, olduqca təhlükəlidir və buna diqqət etmək çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB