Bakıda hansı ərazilər üçün metro vacibdir? - EKSPERT AÇIQLADI

Bakıda hansı ərazilər üçün metro vacibdir? - EKSPERT AÇIQLADI

"Ümumilikdə götürsək, Bakı və Bakı ətrafı ərazilərdə ictimai nəqliyyatın gücləndirilməsinə ciddi ehtiyac var. Belə ki, avtobusların sayı artırılmalı, marşrut taksilər olmalı, metro və yerüstü sürətli tramvay xətləri çəkilməlidir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ümumilikdə metro stansiyalar Bakının daha çox mərkəzində cəmlənib: "Metronun Bakı ətrafı qəsəbələrdə də olması yaxşı olardı.

Bildiyimiz kimi, üzü Xocasənə tərəf stansiyalar qurulur. Amma yaxşı olardı ki, bu Xırdalanı da əhatə etsin. Həmçinin, Abşeron qəsəbələrimiz var ki, ora da metro lazımdır.

Metro yeraltı relyefin vəziyyəti ilə əlaqədar çəkilə bilir. Əgər yeraltı relyef buna imkan verirsə, niyə də olmasın? Bununla bağlı dövlətin proqramı var. Belə ki, 2040-cı ilə qədər metrostansiyaların sayının 75-76-ya qədər artırılması nəzərdə tutulur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə