Havanın dəyişməsiylə insanların ruh hallarında nə kimi dəyişikliklər olur? -PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Ümumiyyətlə havanın dəyişməsi insanların ruh halına ilk və təsir edici ən böyük amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, neapolikdə olan insanlar tutqun havalarda sanki ruhuna bir sıxıntı yaranır. Buna da daxili lampaların sönməsi kimidə deyilir. İnsanın daxili lampası söndüyü zaman onun yaşama sevinci azalır, depresiyalara düşürlər. Bu zamanda görürük ki, əhval-ruhiyyənin pozulması, sanki ətrafınızda olan insanlara da deyirlər ki menim yerimədə yer göy ağlayır yəni həyatdan heç bir dad və zövq ala bilmirlər. Bunada natamamlıq kompleksi deyilir. Hava şəraitindən asılı olaraq insanlar ruh halını əks etdirməyə başlayırlarsa bu zaman onlara xoş əhval ruhiyyə aşılamaq lazımdır. Məsələn amma elə insanlarda vardır ki, belə tutqun havaların olmasına baxmayaraq öz həyatlarını şən və aktiv keçirirlər. Misal olaraq bir insan bütün günü işləyir vaxtını səmərəli keçirir və gününü xoş keçirirlər. Amma elə insanlarda var ki, məhz belə hava şəraitindən asılı olaraq əhval ruhiyyələri çox aşağıda olur. Ona görə də, bu durumdan əziyyət çəkən insanların daha çox depresiyasını müşahidə edə bilirik. Nəyin ki depresiyaya düşürlər hətta bəzi xəstələrimizdə biz görmüşük ki, anti-depresan dərmanlardan istifadə edərək özlərini yaxşı hiss elətdirməyə çalışırlar. Bu heç də düzgün bir addım deyil. bunu heç kimə tövsiyyə etmirik. Çalışmaq lazımdır ki, hava nə qədər pis olsa belə biz əhval-ruhiyyəmizi itirməyək və yaşamağın qiymətini bilək".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə