Evin aurasını dəyişmək üçün nə etmək lazımdır ? -PSİXOLOQ DANIŞDI

Evin aurasını dəyişmək üçün nə etmək lazımdır ? -PSİXOLOQ DANIŞDI

“Evin aurasını dəyişmək üçün evdə düzgün əşyalardan istifadə etmək lazımdır. Həmçinin düzgün seçilmiş divar rəngi də olduqca önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, evdə işığı da yaxşı seçmək lazımdır: “İşıqsız və ya zəif işıqlı otaqlarda evin aurası da bir qədər aşağı düşür. Əşya olaraq fərqli tablolardan, aksesuarlardan istifadə etmək lazımdır.

Lakin üzərlik və bu kimi inanclar isə sadəcə insanların seçimlərindən asılıdır. Ümumiyyətlə, xüsusi aroma terapiyalarda istifadə olunan vasitələr var ki, xüsusilə də müəyyən gül yağlarından da istifadə etmək də evin aurasında böyük rol oyanır. Amma ən ideal seçim təbii ki, insanların özlərinin rahatlığı və zövqlərinə uyğun şəkildə ev əşyaları seçməsindən asılıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə