Yaxın 3 gündə havanın tempraturu necə olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI
"Noyabrın 29-dan dekabrın 2-dən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir". Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, yarımadanın bəzi yerlərində yağışların intensivləşəcəyi ehtimal olunur: "Mülayim simal-şərq küləyi əsəcək. Havanın tempraturu günü-gündən enərək 7-9 dərəcə isti olacaq. Bölgələrdə də noyabrın 28-i axşamdan dekabrın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın tempraturu aran rayonlarında 6-11 dərəcə isti, dağlıq ərazilərdə isə 0-5 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB