Rayonlarda işsizliyin qarşısını necə almaq olar? - İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ
"Azərbaycanda əhalinin aktiv əmək fəaliyyətinin 50-60 faizi dövlət qurumlarında çalışır". Bu sözləri SİA-ya açıqlamasında iqdisatçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, bu dövlət qurumlarında çalışanların böyük əksəriyyəti regionların payına düşür. Yəni regionlarda əmək müqaviləli çalışanların böyük hissəsi Azərbaycanın dövlət qurumlarında və yaxud dövlətdən maliyyəşən təşkilatlarda çalışır. Bu ümumi bir yanaşmadır. Bir çox keçmiş SSRİ dövlətlərində belə bir problem hər zaman mövcud olub.
Bildiyiniz kimi SSRİ dönəmində həmçinin dövlətçilik milliyyəti olduğu üçün, bazar iqtisadiyyatına keçid zamanı problemlər yaşanmağa başlamışdı. Lakin Azərbaycan müstəqilliyinə nail olduqdan sonra dövlətimiz tərəfindən xüsusi dövlət proqramlarının fəaliyyət göstərməsi, məşğulluq proqramları yaradılması bu problemlərin aradan qalxmasında böyük rol oynayacaq. Bu məsələləri xüsusi ilə düşünürəm ki, inkişaf etdirmək lazımdır, maarifləndirmə işləri həyata keçirilməlidir.
Azərbaycanda bu proqramların mahiyyətini xüsusi ilə vətəndaşlarımıza göstərmək lazımdır. Bu proqramı daha çox regionlarda etmək lazımdır ki, yeni investorların diqqətini məhz regionlara cəlb etmək lazımdır. Əgər yeni yerlər yaranarsa regionlarda əhalinin də işsizlik problemi həll oluna bilər. İşsizlik problemi sosial problemlər yaratmır, eyni zamanda demoqrafiq problemlərdə yaradır. Regionda yaşayan əhali ya xaricə üz tutur, ya da ki, Bakı şəhərinə gələrək burada çalışmağa başlayır və bunun da nəticəsində paytaxtımızda sıxlıq müşahidə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB