Şəhid Osman Manafovun doğum günündə xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Manafov Osman Natiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında Osmanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə